Zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror cinayət təqibi başlaya bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hansı hallarda zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror cinayət təqibi başlaya bilər?
Cavab: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.5-ci maddəsinə əsasən İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən aşağıdakı hallarda başlanıla bilər:
1. törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinə toxunduqda;
2. cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə;
3. cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə;
4. cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsində törədildikdə;
5. cinayət fəaliyyət qabiliyyəti olmayan və ya cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən və ya ona qarşı törədildikdə.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırılıb.








