Şəxsin verilməsindən hansı hallarda imtina edilir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Şəxsin verilməsindən hansı hallarda imtina edilir?
Cavab: Şəxsin verilməsindən aşağıdakı hallarda imtina edilir:
1. barəsində sorğu edilən şəxs onun verilməsi haqqında məsələ həll etdiyi zaman Azərbaycan Respublikasının vətəndaşı olduqda;
2. verilməsi haqqında sorğu edilən şəxsə Azərbaycan Respublikası ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada siyasi sığınacaq verildikdə;
3. verilməsi haqqında sorğu edilən şəxsin törətdiyi və verilməyə əsas olan əməl Azərbaycan Respublikası tərəfindən siyasi xarakterli cinayət sayıldıqda;
4. verilməyə əsas olan cinayət Azərbaycan Respublikası ərazisində törədildikdə;
5. şəxsin verilməsinə əsas olan cinayətə görə Azərbaycan Respublikasının ərazisində qanuni qüvvəyə minmiş hökm və ya cinayət təqibinə xitam verilməsi haqqında qərar olduqda
6. Azərbaycan Respublikasının və ya sorğu edən xarici dövlətin cinayət qanunvericiliyinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə, yaxud ittiham hökmünün icrası müddətləri keçdikdə;
3.1.7. Şəxsin verilməsinə əsas olan cinayət sorğu edən xarici dövlətin qanunvericiliyində hərbi xidmət əleyhinə cinayət kimi nəzərdə tutulduqda və hərbi xidmətlə bağlı olmayan başqa cinayətin tərkibini yaratmadıqda;
3.1.8. cinayət törətmiş şəxslərin verilməsi ilə bağlı sorğu edən xarici dövlət tərəfindən qarşılıqlı yardım prinsipinə riayət olunmadıqda;
3.1.9. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə müvafiq olaraq cinayət xüsusi ittiham qaydasında (zərər çəkmiş şəxsin şikayəti əsasında) təqib edildiyi halda.
Sual Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov tərəfindən cavablandırılıb.








