Naxçıvanda 600-700 bal toplayan məzunların sayı 10% artıb

Naxçıvanda 600-700 bal toplayan məzunların sayı 10% artıb

14 Avqust 2026

Naxçıvanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunların sayı artıb.

"️NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 2025-2026-cı tədris ilində qəbul imtahanlarında 600-700 intervalında bal toplayan məzunların sayı əvvəlki tədris ili ilə müqayisədə 10 faiz artaraq 112 nəfər olub.

Qeyd edək ki, 2024-2025-ci tədris ilində bu göstərici 101 nəfər təşkil edib.

Məzunların qəbul imtahanlarında yüksək nəticələr göstərməsi onların ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul imkanlarını daha da genişləndirib.