Kimlər  hal şahidi ola bilməzlər? -

Kimlər hal şahidi ola bilməzlər? - HÜQUQ MƏSLƏHƏTİ

14 Avqust 2026

Sual: Kimlər  hal şahidi ola bilməzlər?

Cavab: Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində pozuntuları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov  tərəfindən cavablandırılıb.