Yalan xəbərçilik hansı məsuliyyətə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Başqa şəxsi cinayət məsuliyyətinə cəlb etdirmək məqsədilə onun barəsində polisə və ya digər hüquq-mühafizə orqanına bilərəkdən yalan məlumat vermək hansı məsuliyyətə səbəb olur?
Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə 1500 manatdan 3000 manatadək cərimə və ya 320 saatdan 400 saatadək ictimai işlər, yaxud bir ildən iki ilədək islah işləri və ya üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən, bu əməl şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması, yaxud süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə iki ildən dörd ilədək azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sual Babək rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Nəriman Vəliyev tərəfindən cavablandırıldı.








