Naxçıvanda Bakıdan gələn rəhbər şəxslər vətəndaşları qəbul edəcək

Naxçıvanda Bakıdan gələn rəhbər şəxslər vətəndaşları qəbul edəcək

26 Noyabr 2026

2026-cı ilin dekabr ayında mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən Naxçıvanda vətəndaşların qəbulu keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasında vətəndaşlarla görüşlər dekabrın 4-ü, 7-si və 11-də təşkil olunacaq.

Belə ki, dekabrın 4-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, dekabrın 7-də Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, dekabrın 11-də Ədliyyə naziri Fərid Əhmədov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcəklər.

Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayacaq.