Naxçıvanın 2027-ci il büdcəsi 510 milyon manat proqnozlaşdırılır
Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcə layihəsi Ali Məclisdə birinci oxunuşda qəbul edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, noyabrın 25-də keçirilən iclasda maliyyə naziri Həsən İsmayılov bildirib ki, 2027-ci il üçün büdcə gəlirləri və xərcləri 510 milyon manat nəzərdə tutulub. Bu, 2026-cı illə müqayisədə 26,8 milyon manat və ya 5,6 faiz çoxdur.
Gəlirlərin 312 milyon manatının yerli daxilolmalar, 198 milyon manatının isə dövlət büdcəsindən ayrılacaq dotasiya hesabına formalaşacağı proqnozlaşdırılır. Yerli gəlirlərin 14,9 faiz artacağı, dotasiyanın isə 6,4 faiz azalacağı gözlənilir.
Qeyd olunub ki, son beş ildə dövlət büdcəsindən ayrılan dotasiyanın ümumi gəlirlərdə payı 75,5 faizdən 38,8 faizə enib.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.








