Litvada oxuyan azərbaycanlı tələbələrin sayı açıqlandı

Litvada oxuyan azərbaycanlı tələbələrin sayı açıqlandı

25 Noyabr 2026

Litvada 800-ə yaxın azərbaycanlı gənc təhsil alır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi ilə birgə mətbuat konfrasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, ötən il ölkəmizə Litvadan 3 mindən çox turist gəlib

“Bu rəqəmlər iki ölkə arasında birbaşa uçuşlar məsələsinin həllinə təkan verə bilər. İki ölkə müxtəlif beynəlxalq platformalarda faydalı fikir mübadilələri aparır”, - nazir deyib.

Xatırladaq ki, Litvanın xarici işlər naziri Kestutis Budris noyabrın 24-26-da Azərbaycana səfərdə olacaq.