Xalq artisti Elmira Şabanova vəfat edib
Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə mərhum aktrisanın qızı Leyla Şabanova məlumat verib.
Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. O, "Azərbaycanfilm" kinostudiyasında 30-a yaxın bədii filmdə rol alıb.








