Cinayət təqibi üzrə sübutların kifayət etməsi nədir? -

Cinayət təqibi üzrə sübutların kifayət etməsi nədir? - HÜQUQ MƏSLƏHƏTİ

26 Noyabr 2026

Sual: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi nədir?

Cavab: CPM-nin 146-cı maddəsinə əsasın- Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

Cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir:

1. ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına;

2. cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə;

3. cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.