Gömrük ödənişlərini ödəməkdən yayınma hansı halda məsuliyyətə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınma hansı halda inzibati, hansı hallarda cinayət məsuliyyətinə səbəb olur?
Cavab: Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinə əsasən az miqdar, yəni iyirmi min manatdan yuxarı olmayan məbləğ inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-nin 209-cu maddəsinə əsasən yayındırılmış məbləğ iyirmi min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan olduqda xeyli, iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmadıqda külli, beş yüz min manatdan yuxarı olduqda isə an “xüsusilə külli miqdar hesab edilərək cinayət məsuliyyətinə səbəb olur.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.








