Erkən evlilik mərasimlərinə görə şadlıq saraylarının məsuliyyəti nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı toy və nişan mərasimlərinin şadlıq saraylarında keçirilməsinə görə hansı məsuliyyət nəzərdə tutulur?
Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-2.1-ci maddəsinə əsasən, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayanların erkən evliliyi ilə bağlı nişan, toy və digər mərasimlərin keçirilməsinə görə fiziki şəxslər 1000 manatdan 1500 manatadək, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək, hüquqi şəxslər isə 6000 manatdan 9000 manatadək məbləğdə cərimə edilir.
Babək rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Nəriman Vəliyev tərəfindən cavablandırıldı.








