Müqaviləsiz işə cəlbetmə cinayət məsuliyyəti yaradırmı? -

Müqaviləsiz işə cəlbetmə cinayət məsuliyyəti yaradırmı? - HÜQUQ MƏSLƏHƏTİ

19 Noyabr 2026

Sual: Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi cinayət məsuliyyəti yaradırmı?

Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni on nəfər və ondan çox olan işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi —yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə —üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Sual Kəngərli rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Sərxan Həsənzadə tərəfindən cavablandırıldı.