Cinayət prosesində ekspertin dindirilməsi necə müəyyən edilib? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayət prosesində ekspertin dindirilməsi necə müəyyən edilmişdir?
Cavab: Məhkəmə iclasına çağırılmış ekspert aşağıdakı ardıcıllıqla dindirilir:
1. vəsatəti əsasında ekspertizanın aparıldığı şəxs;
2. həmin tərəfə aid olan digər şəxslər;
3. əks tərəfə aid olan şəxslər;
4. məhkəmə
Ekspertiza cinayət prosesinin tərəflərin vəsatəti əsasında və ya məhkəmənin təşəbbüsü ilə aparıldıqda, eksperti növbə ilə ittiham tərəfi, müdafiə tərəfi və məhkəmə dindirir.
Sual Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov tərəfindən cavablandırıldı.








