Məhkəmə hansı şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayət Məcəlləsinə əsasən məhkəmə hansı şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir?
Cavab: Tibbi xarakterli məcburi tədbirlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.2-ci maddəsində nəzərdə tutulmuş halda psixi pozuntusu olan şəxslərə, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən, Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə, cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.








