Naxçıvan Regional Qaz İstismarı İdarəsinin işçiləri təltif edilib - FOTO
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Naxçıvan Regional Qaz İstismarı İdarəsinin bir qrup əməkdaşı ilə görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, birlik rəhbəri əməkdaşların iş şəraiti ilə yaxından maraqlanıb. Baş direktora görüşə gələn əməkdaşların əldə etdikləri nailiyyətlər və görülən işlər barədə ətraflı məlumat verilib.
Sonra Naxçıvan RQİİ-nin 8 əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.















