Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib
Cari ilin oktyabr ayı ərzində Azərbaycan hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən 130 qərar qəbul edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə DMX-dən məlumat verilib.
Bildirilib ki, həmçinin Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində 2026-cı ilin oktyabr ayı ərzində 74 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.
Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.








