Ermənistan hökuməti TRIPP şirkətinin yaradılması sazişini təsdiqlədi
Ermənistan hökuməti “TRIPP Development Company” (TDC) ABŞ şirkəti ilə birgə “TRIPP İnkişaf Şirkəti” qapalı səhmdar cəmiyyətinin yaradılmasına dair səhmdarlar sazişinin layihəsini təsdiqləyib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Ermənistan hökumətinin qərarında bildirilib.
Qərara əsasən, Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri hökumət adından sözügedən sazişi imzalamaq səlahiyyəti əldə edib.
Şirkət “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi çərçivəsində Ermənistanla ABŞ arasında strateji əməkdaşlığa dair çərçivə sazişinə uyğun olaraq yaradılır.
Həmin sənəd 2026-cı il iyunun 1-də Vaşinqtonda, iyunun 4-də isə İrəvanda imzalanıb. Saziş oktyabrın 28-də ratifikasiya edilib və noyabrın 11-də qüvvəyə minib.
Səhmdarlar sazişində tərəflərin səlahiyyətləri, qarşılıqlı münasibətləri və səhmlərlə təsdiqlənən hüquqların həyata keçirilməsinin xüsusiyyətləri dəqiqləşdiriləcək.








