İttiham aktına əlavə edilən arayışlar hansılardır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İttiham aktına əlavə edilən arayışlar hansılardır?
Cavab: Cinayət-Prosessual Məcəlləsininc 289-cu Maddəsinə əsasən İttiham aktına müstəntiqin aşağıdakı arayışları əlavə edilir:
1. təqsirləndirilən şəxsin həbsdə olduğu müddət barədə;
2. maddi sübutlar və onların saxlanıldığı yer barədə;
3. xüsusi müsadirə olunması təklif edilən əmlak barədə;
4. mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlər barədə;
5. məhkəmə xərcləri barədə.
Sual Culfa rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas Məhəmməd Əliyev tərəfindən cavablandırıldı.








