Qumar oynayan şəxs barəsində hansı növ məsuliyyət nəzərdə tutulub? HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qumar oynayan şəxs barəsində hansı növ məsuliyyət nəzərdə tutulmuşdur?
Cavab: İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 3000 manat məbləğində cərimə nəzərdə tutulur.
Sual Kəngərli rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Şahmar Həşimov tərəfindən cavablandırılıb.








