Psixi pozuntusu olan şəxs cinayət məsuliyyətinə cəlb olunurmu? -

Psixi pozuntusu olan şəxs cinayət məsuliyyətinə cəlb olunurmu? - HÜQUQ MƏSLƏHƏTİ

06 Avqust 2026

Sual: Anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs cinayət məsuliyyətinə cəlb olunurmu?

Cavab: Anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir.

Anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və Cinayət  Məcəlləsi ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırılıb.