Bəxtiyar Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edilib - SƏRƏNCAM
BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, o, bu mükafata Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə layiq görülüb.
Qeyd edək ki, sabah B.Aslanbəylinin 50 yaşı tamam olur.









