Ceyhun Bayramov Ukrayna XİN-də arxiv sənədlərlə tanış olub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Xarici İşlər Nazirliyində (XİN) arxiv sənədləri ilə tanış olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.
Qeyd olunub ki, sənədlər Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı diplomatik nümayəndəliyinin (Komissarlığının) fəaliyyətini, həmçinin 1918–1920-ci illərdə Azərbaycan ilə Ukrayna arasında mövcud olmuş diplomatik münasibətləri əks etdirir.
Nazirə təqdim olunan materiallar sırasında həmin dövrə aid tarixi sənədlər, rəsmi yazışmalar, eləcə də Azərbaycan və Qafqaz regionu ilə bağlı hazırlanmış hesabatlar yer alıb.








