Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

06 Avqust 2026

Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın danışıqları başlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, danışıqlar təkbətək formatda keçirilir.

Xatırladaq ki, Azərbaycanın XİN rəhbəri bu gün Ukraynaya rəsmi səfər edib. Səfər çərçivəsində yüksəkvəzifəli rəsmi şəxslərlə ikitərəfli görüşlər planlaşdırılıb.