Vətəndaşlarının əsas vəzifələri nələrdir? -

Vətəndaşlarının əsas vəzifələri nələrdir? - HÜQUQ MƏSLƏHƏTİ

06 Avqust 2026

Sual: Azərbaycan Respublikası vətəndaşlarının əsas vəzifələri nələrdir?

Cavab: Vətəndaşların əsas vəzifələri müstəqil Azərbaycan Respublikasının 1995-ci il tarixli Konstitusiyasının dördüncü fəslində qeyd olunur. Belə ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Eyni zamanda qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək, vətənə sədaqət, dövlət rəmzlərinə hörmət, vətəni müdafiə, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq, qanuna zidd vəzifələrin icrasına yol verməmək, Konstitusiyanın və qanunların pozulmasına, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadəyə və ya vəzifələrin yerinə yetirilməməsinə görə qanunla müəyyən edilən məsuliyyət daşımaq hər bir vətəndaşın borcudur.

Sual Şərur rayon prokurorunun köməkçisi Nazlı İsmayılzadə tərəfindən cavablandırıldı