Öz əleyhimə, qohumlarımın əleyhinə ifadə verməyə məcburammı? -

Öz əleyhimə, qohumlarımın əleyhinə ifadə verməyə məcburammı? - HÜQUQ MƏSLƏHƏTİ

04 Avqust 2026

Sual: Öz əleyhimə, qohumlarımın əleyhinə ifadə verməyə məcburammı?

Cavab: Xeyr, Azərbaycan Respublikasının Konstitusiyasının 66-cı maddəsinə əsasən qohumların əleyhinə ifadə verməyə məcbur etmək yolverilməzdir. Belə ki, heç kəs özünə, baba-nənəsinə, valideynlərinə (övladlığa götürənlər də daxil olmaqla), qardaş-bacılarına (doğma və ögey), ərinə-arvadına, uşaqlarına (övladlığa götürülənlər də daxil olmaqla) və nəvələrinə qarşı ifadə verməyə məcbur edilə bilməz. Habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddəsinə görə heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. İbtidai araşdırma və ya məhkəmə baxışı zamanı özünü, yaxud yaxın qohumlarını cinayət törətməkdə ifşa edən məlumatları verməsi təklif olunan şəxs bunun özü üçün hər hansı mənfi hüquqi nəticə verə biləcəyindən qorxmadan ifadə verməkdən imtina etməyə haqlıdır.

Sual Şərur rayon prokurorunun köməkçisi Nazlı İsmayılzadə tərəfindən cavablandırıldı.