Cinayət barəsində xəbər verməməyə görə məsuliyyət nəzərdə tutulub? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayət barəsində xəbər verməməyə görə məsuliyyət nəzərdə tutulubmu?
Cavab: Bəli Cinayət Məcəlləsinin 307.1- ci maddəsinə əsasən Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməməyə görə —
min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırılıb.








