Cəhridə minik avtomobili yanıb

Cəhridə minik avtomobili yanıb

03 Avqust 2026

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Babək rayonunun Cəhri qəsəbəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, hadisə ilə əlaqədar Babək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənərək ətrafa yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.

Hadisə nəticəsində avtomobilin salon hissəsi yanıb, digər hissələri isə yanğından mühafizə olunub. Yanğının başvermə səbəbi araşdırılır.