Türkiyədən Azərbaycana gətirilən nektarin tingində virus aşkarlanıb -

Türkiyədən Azərbaycana gətirilən nektarin tingində virus aşkarlanıb - FOTO

29 İyul 2026

Türkiyədən Azərbaycana gətirilən nektarin tingində virus aşkarlanıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentliyin müfəttişləri tərəfindən nəzarət tədbirləri çərçivəsində "Aqro-Mədrəsə" ASC-nin Türkiyədən idxal etdiyi 12500 ədəd nektarin tingindən laborator müayinələrin aparılması üçün nümunələr götürülüb. Laboratoriyanın nəticələrində tinglərdə karantin tətbiq edilən Gavalının cibcibə virusu (Şarka) aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası sahibkarın müraciətinə əsasən, Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.