Azərbaycan notariat hərəkətləri barədə məlumatlar vergi orqanına ötürüləcək

Azərbaycan notariat hərəkətləri barədə məlumatlar vergi orqanına ötürüləcək

03 Avqust 2026

Nazirlər Kabineti "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişiklik edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanununa uyğun olaraq kommersiya hüquqi şəxsləri üzrə nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr, nizamnamə kapitalındakı payın vərəsəlik qaydasında digər şəxsə keçməsi, nizamnamə kapitalındakı payın yüklü edilməsi, təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasın qorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyin olunması ilə əlaqədar məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ötürüləcək.