Azərbaycan ilə Fələstin XİN-ləri arasında imzalanmış Protokol təsdiq edilib -

Azərbaycan ilə Fələstin XİN-ləri arasında imzalanmış Protokol təsdiq edilib - FƏRMAN

03 Avqust 2026

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol" təsdiq edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fələstin Dövləti Hökumətinə bildiriş göndərəcək.

Qeyd edək ki, sözügedən Protokol 2026-cı iyulun 10-da Bakı şəhərində imzalanıb.