NDU-da V ixtisas qrupu üzrə keçid balları açıqlandı
Ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas seçiminin başlamasına çox az vaxt qalıb. Qəbul prosesində V ixtisas qrupu üzrə qabiliyyət tələb edən ixtisaslar xüsusi əhəmiyyət kəsb edir. Bu mərhələdə abituriyentlər ixtisas seçimlərini həm qəbul imtahanında topladıqları balları, həm də qabiliyyət imtahanlarının nəticələrini nəzərə alaraq həyata keçirirlər.
"NAXÇIVANXƏBƏRLƏRİ" AzEdu.az-a istinadən məlumat verir ki, 2025-ci ilin qəbul nəticələrinə əsaslanaraq V ixtisas qrupu üzrə qabiliyyət tələb edən ixtisaslarda formalaşan keçid ballarını araşdırıb.
Naxçıvan Dövlət Universitetində 5-ci qrup üzrə qabiliyyət imtahanı tələb olunan ixtisaslar bunlardır:
“Aktyor sənəti (teatr və kino aktyorluğu, musiqili teatr aktyorluğu)” ixtisası,“İnstrumental ifaçılıq (violin, viola, violonçel, kontrabas)” ixtisası, “Musiqişünaslıq” ixtisası, “Vokal sənəti (xanəndəlik, milli vokal)” ixtisası, “Bəstəkarlıq” ixtisası və “Dirijorluq (xor dirijorluğu, nəfəs alətləri orkestrinin dirijorluğu)” ixtisası üzrə qabiliyyət imtahanı balı 6, keçid balı 60-dır.
“İnstrumental ifaçılıq (tar, kamança, qarmon, balaban, qanun, nağara, saz)” ixtisası üzrə əyani tədris formasında qabiliyyət imtahanı balı 8, keçid balı 135.2, qiyabi tədris formasında isə qabiliyyət imtahanı balı 9, keçid balı 94.5-dir. “İnstrumental ifaçılıq (fortepiano)” ixtisası üzrə qabiliyyət imtahanı balı 8, keçid balı 78.9-dur. “İnstrumental ifaçılıq (violin, viola, violonçel, kontrabas)” ixtisası üzrə qabiliyyət imtahanı balı 6, keçid balı 60-dır. “Rəngkarlıq” ixtisası üzrə əyani tədris forması üçün qabiliyyət imtahanı balı 6, keçid balı 93.1-dir.
“Məşqçilik (atletika)” ixtisası üzrə qabiliyyət imtahanı balı 8, keçid balı 103.9, qiyabi tədris formasında isə qabiliyyət imtahanı balı 7, keçid balı 115.9-dur. “Məşqçilik (sərbəst güləş)” ixtisası üzrə qabiliyyət imtahanı balı 10, keçid balı 82, qiyabi tədris formasında isə qabiliyyət imtahanı balı 8, keçid balı 122.3-dür. “Məşqçilik (voleybol)” ixtisası üzrə qabiliyyət imtahanı balı 9, keçid balı 91.9, qiyabi tədris formasında isə qabiliyyət imtahanı balı 8, keçid balı 79.3-dür.








