Ötən həftə baş verən yanğınların sayı açıqlanıb

Ötən həftə baş verən yanğınların sayı açıqlanıb

03 Avqust 2026

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 861 yanğına çıxış, 46 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən xəbərə görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 59 nəfər xilas edilib, 15 nəfər təxliyə olunub, 7 nəfər tüstüdən zəhərlənib, 7 nəfərin meyiti təhvil verilib.