Quldurluq nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Quldurluq nədir?
Cavab: Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqındır. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır.
Quldurluğun obyekti eyni zamanda həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Bu cinayətin obyektiv cəhəti özgənin əmlakını qaunusuz ələ keçirmək məqsədilə hücuma məruz qalmış zərərçəkənin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zorakılıqla və ya belə zorakılığın tətbiq ediləcəyi hədəsi ilə əlaqədar basqın edilməsində ifadə olunur. Burada basqın dedikdə, təqsirkarın zərərçəkənə yönəltdiyi və zorakılıq tətbiq edilməsi və ya zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edilən qəfil edilən zorakı əməllər nəzərdə tutulur.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırılıb.








