Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
Magistraturaya qəbulun nəticələrinin bu gün və ya sabah elan olunacağı gözlənilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bundan sonra qəbul olunanların qeydiyyatı aparılacaq, daha sonra isə boş qalan plan yerlərinə ixtisas seçimi keçiriləcək.








