Cəhri və Gülşənabadda içməli su xətlərində təmir-bərpa işləri aparılır
Babək rayonunun Cəhri qəsəbəsi və Gülşənabad kəndində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə müxtəlif diametrli içməli su xətlərində təmir-bərpa işləri həyata keçirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aparılan işlər çərçivəsində istismar müddəti ərzində köhnəlmiş və nasaz vəziyyətə düşmüş su xətlərinin zədələnmiş hissələri yenilənir, boru xətlərində aşkar edilmiş nasazlıqlar aradan qaldırılır və su təchizatı şəbəkəsinin etibarlı fəaliyyəti təmin olunur.
Təmir-bərpa işləri nəticəsində su itkilərinin qarşısının alınması, içməli su təchizatının dayanıqlığının artırılması və sakinlərə göstərilən xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması nəzərdə tutulur.
İşlər aidiyyəti qurumun əməkdaşları tərəfindən plan üzrə davam etdirilir.








