Naxçıvanın liseyləri buraxılış imtahanlarında ölkə üzrə ilk 20 sırada yer aldı
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Qızlar Liseyi və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi 2026-cı il buraxılış imtahanlarının riyaziyyat fənni üzrə əldə etdikləri yüksək nəticələrlə ölkənin ən yaxşı məktəbləri sırasında yer alıblar.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Qızlar Liseyi 74,73 faiz, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi isə 71,52 faiz nəticə göstərərək uğurlu təhsil mühitinin, peşəkar müəllim əməyinin və şagirdlərin əzmkarlığının bariz nümunəsini nümayiş etdirib.
Bu mühüm nailiyyət münasibətilə liseylərimizin məzunlarını, onların valideynlərini, müəllimlərini və pedaqoji kollektivlərini təbrik edir, hər birinə gələcək təhsil və fəaliyyətlərində yeni uğurlar arzulayırıq.









