Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb -

Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb - SƏRƏNCAM

28 İyul 2026

Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycanın Qazaxıstandada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Əlimirzamin Qəvvam oğlu Əskərov Qazaxıstana səfir təyin edilib.

Qeyd edək ki, A.Atamoğlanov 2021-ci ilin 16 iyul tarixində bu vəzifəyə təyin edilmişdi.

Ə.Əskərov isə bundan əvvəl Azərbaycanın Tacikistandakı səfiri vəzifəsində çalışıb.