Naxçıvanda uşaq musiqi və incəsənət məktəblərinə qəbulun nəticələri elan olunub
2026/2027-ci tədris ili üzrə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinə I sinif üzrə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, namizədlər qəbul nəticələri ilə qeydiyyatdan keçdikləri “MyCulture” vahid şəxsi kabineti və exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.
Qəbul olunan namizədlərdən tələb olunan sənədləri 15 avqust 2026-cı il saat 18:00-dək “MyCulture” şəxsi kabinetinin müvafiq bölməsinə yükləməklə qəbullarını təsdiqləmələri xahiş olunur.
Mədəniyyət Nazirliyi yeni tədris ilində bütün şagird və müəllimlərə uğurlar arzulayıb.








