Naxçıvan yüksək nəticə göstərən bölgələr sırasındadır

Naxçıvan yüksək nəticə göstərən bölgələr sırasındadır

27 İyul 2026

9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən, bəzi şəhər və rayonlar yüksək orta göstəriciləri ilə seçiliblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" AzEdu.az istinadən xəbər verir ki, bu barədə məlumat DİM-in nəşr etdiyi "Abituriyent" jurnalının 12-ci sayında dərc olunan elmi-statistik təhlildə yer alıb.

Belə ki, 9-cu siniflər üzrə buraxılış imtahanında ən yüksək nəticələr Sumqayıt, Naxçıvan və Bakı şəhərlərinin, həmçinin Şahbuz, Qusar, Mingəçevir, QubadlıAbşeron rayonlarının şagirdləri tərəfindən əldə olunub. Bu bölgələr üzrə orta statistik göstəricilər müvafiq olaraq 149.34, 143.08, 139.69, 139.33, 133.60, 133.43, 131.29 və 131.21 bal təşkil edib.

Ən aşağı orta nəticələr isə Ağcabədi, Daşkəsən, Sabirabad, Saatlı Cəlilabad rayonlarında qeydə alınıb. Həmin rayonlar üzrə orta göstəricilər müvafiq olaraq 89.71, 89.30, 89.26, 88.40 və 85.43 bal olub.

11-ci siniflər üzrə buraxılış imtahanında isə ən yüksək nəticələri Naxçıvan, Sumqayıt  Bakı şəhərlərinin, eləcə də Qubadlı  Ordubad rayonlarının şagirdləri göstəriblər. Bu bölgələr üzrə orta bal göstəriciləri müvafiq olaraq 158.37, 156.58, 154.31, 149.12 və 147.05 bal təşkil edib.

Ən aşağı nəticələr Ağsu, Cəlilabad, Xocalı, Tərtər  Daşkəsən rayonlarında qeydə alınıb. Həmin rayonların orta göstəriciləri müvafiq olaraq 97.76, 96.79, 96.65, 94.72 və 87.83 bal olub.