Dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb

Dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb

27 İyul 2026

Bu ilin I yarısında Azərbaycanın icmal büdcəsinin tərkib hissəsi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 4 295,4 milyon manat (illik müqayisədə 8,4 % çox), xərcləri 4 123,7 milyon manat (10,2 % çox) təşkil edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bundan başqa, yarım il ərzində İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 125,2 milyon manat (3,1 % çox), xərcləri 78,1 milyon manat (7,5 % az), İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 1 012,3 milyon manat (19,3 % az), xərcləri 1 153,8 milyon manat (13,6 % çox), Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 540,2 milyon manat (3,1 % az), xərcləri 6 434,3 milyon manat (11,4 % az) məbləğində icra olunub.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 218,4 milyon manat, xərcləri 215,7 milyon manat təşkil edib. Bunlar da, illik müqayisədə müvafiq olaraq 2,4 % çox və 6,2 % çoxdur.