Hədə-qorxu ilə tələb etmə nədir? -

Hədə-qorxu ilə tələb etmə nədir? - HÜQUQ MƏSLƏHƏTİ

24 İyul 2026

Sual: Hədə-qorxu ilə tələb etmə nədir?

Cavab: Hədə-qorxu ilə tələb etmə Cinayət Məcəlləsinin İqtisadi sahədə cinayətlər bölməsində və mülkiyyət əleyhinə  cinayətlər fəslində  182-ci  maddəsində  cinayət əməli  kimi təsbit  edilmişdir.

Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə başa düşülür və —üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov