Əmək müqaviləmin müddəti bitib...

Əmək müqaviləmin müddəti bitib... HÜQUQ MƏSLƏHƏTİ

22 İyul 2026

Sual: Əmək müqaviləmin müddəti bitib, uzadılmasını istəyirəm. Müdir uzatmır. Nə etməliyəm?

Cavab: Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir.

Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə ən azı 1 həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətdə uzadılır və ya fasiləsiz olaraq 5 ildən artıq müddətdə davam edərsə, müddətsiz hesab olunur.

Sualı cavablandırdı: Culfa rayon Prokurorluğunun müstəntiqi - Məhəmməd Əliyev