Fariz Şıxəliyev: Naxçıvan şəhərində taxıl biçini yekunlaşmaq üzrədir
Naxçıvan şəhərində 2026-cı il üzrə əkinəyararlı sahələrdə ümumilikdə 473,5 hektarda taxıl əkini aparılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"nin məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Fariz Şıxəliyev saytımıza müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda taxıl biçini davam etdirilir. Əkin aparılan sahələrin böyük hissəsində – 466 hektarda biçin işləri artıq uğurla başa çatdırılıb.
Fariz Şıxəliyev bildirib ki, orta məhsuldarlıq hər hektardan 32 sentner təşkil edir.
Qeyd edək ki, cari ildə Naxçıvan şəhərində taxıl əkilən sahələrin həcmi ötən illə müqayisədə artıb. Belə ki, 2026-cı ildə taxıl əkini sahələri 2025-ci illə müqayisədə 66 hektardan çox genişləndirilib.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








