Musa Hüseynov: Bu əfv sərəncamı dövlətimizin humanist siyasətinin növbəti nümunəsidir
Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2026-cı il tarixində imzaladığı əfv sərəncamı məhkumlar və onların ailələri üçün böyük əhəmiyyət daşıyır.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı Musa Hüseynov deyib.
M.Hüseynov bildirib ki, əfv sərəncamı dövlətimizin humanist siyasətinin növbəti nümunəsidir:
“Əfv sərəncamının imzalanması məhkumlar və onların ailələri üçün böyük əhəmiyyət daşıyır. Bu, dövlətimizin humanizm və mərhəmət prinsiplərinə əsaslanan siyasətinin növbəti göstəricisidir”.
Penitensiar Xidmətin əməkdaşı qeyd edib ki, əfv sərəncamı ümumilikdə 20 məhkuma şamil olunub. Onlardan ikisi Naxçıvanda yerləşən Qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən Türkiyə Respublikası vətəndaşlarıdır. Həmin şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.
M.Hüseynovun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin imzaladığı əfv sərəncamının icrası Ədliyyə Nazirliyi tərəfindən dərhal icra olunub.
Müsahibəni hazırladı:
Mətin Kamal








