Məhkum: Hamıya deyirəm ki, cinayətdən uzaq durun

Məhkum: Hamıya deyirəm ki, cinayətdən uzaq durun

23 Sentyabr 2026

Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikasında cəza çəkən iki Türkiyə vətəndaşı azadlığa buraxılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, azadlığa çıxan məhkumlardan biri Dəmir Mehmet Musa oğlu əfv olunması ilə bağlı Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

O, təxminən 18 aydır cəza çəkdiyini deyib:

“Allah razı olsun Prezidentimizdən, İlham Əliyevdən. Anamın duası qəbul oldu. Etdiyim cinayətdən dolayı çox peşmanam. Hamıya deyirəm ki, cinayətdən uzaq durun. Biz peşmanıq, kiminsə peşman olmasını istəmərik. Rəbbim kimsəyə belə şey yaşatmasın”.

Qeyd edək ki, əfv sərəncamına əsasən müxtəlif cəzalara məhkum edilmiş şəxslərin, o cümlədən Naxçıvan Muxtar Respublikasında cəza çəkən məhkumların da azadlığa buraxılması təmin olunub.