Xətai məhəlləsində 5,5 km-dən artıq ərazidə asfaltlama işləri tamamlanıb

Xətai məhəlləsində 5,5 km-dən artıq ərazidə asfaltlama işləri tamamlanıb - FOTO

16 Sentyabr 2026

Naxçıvan şəhərinin Xətai məhəlləsində uzunluğu 7,7 kilometr nəzərdə tutulan yolun birinci qat asfaltlanması üzrə işlər davam etdirilir.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə açıqlamasında iş icraçısı Kamal Abbaslı məlumat verib.

Bildirib ki, hazırda Xətai məhəlləsində 5,5 kilometrdən artıq məsafədə birinci qat asfaltlama işləri başa çatdırılıb. Qalan 2,2 kilometrlik hissədə isə asfaltlama işləri davam etdirilir.

Kamal Abbaslı deyib ki, plan üzrə Naxçıvan şəhərinin digər ərazilərində, o cümlədən Səməd Vurğun küçəsində, 6-cı məhəllədə, Hacıniyyət ərazisində və nəzərdə tutulan digər məhəllələrdə də birinci qat asfaltlama işlərinin həyata keçirilməsi planlaşdırılır.