Şahbuzda baş verən qəza ilə bağlı yaralıların vəziyyəti açıqlanıb
Xəbər verdiyimiz kimi, Şahbuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının həkimi Nurlan Cəfərov jurnalistlərə müsahibəsində bildirib ki, yaralılar saat 21:00 radələrində xəstəxanaya yerləşdirilib:
“Xəstəxanamıza 9 yaralı daxil olub. Onlardan 3-ü azyaşlı, 5-i qadın, 1-i isə orta yaşlı kişidir. Yaralılardan 2-nin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda onların müalicəsi stasionar şöbədə davam etdirilir”, - deyə həkim qeyd edib.








