Böhtan dedikdə nə başa düşülür? -

Böhtan dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ

20 İyul 2026

Sual: Böhtan dedikdə nə başa düşülür?

Cavab: Cinayət Məcəlləsinin 147 – ci maddəsinə əsasən Böhtan dedikdə – yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada  və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Böhtana görə min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin ağır və xüsusilə ağır cinayət ittiham etməklə böhtan atma isə daha sərt – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov