Dövlət uşaq müəssisələrinin məzunları üçün fərdi məşğulluq proqramı hazırlanacaq

Dövlət uşaq müəssisələrinin məzunları üçün fərdi məşğulluq proqramı hazırlanacaq

20 İyul 2026

Dövlət uşaq müəssisələrindən məzun olmuş əməkqabiliyyətli şəxslər üçün fərdi məşğulluq proqramı hazırlanacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda qeyd olunub.

Sənəddə bildirilib ki, proqramın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Fərdi məşğulluq proqramına uyğun olaraq, həmin şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işlə təmin olunmasının yaxşılaşdırılması nəzərdə tutulur.